"Çəkiliş vaxtı huşumu itirdim, təcili yardım gəldi"


Şou-biznes 03 Apr 2019 15:10:00 415 0

"Çəkiliş vaxtı huşumu itirdim, təcili yardım gəldi"

Müğənni Roza Zərgərlinin çəkiliş zamanı halı pisləşib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı özü də xəbəri təsdiqləyib. O bildirib ki, hadisə Novruz bayramı üçün olan çəkilişlər zamanı baş verib: "O qədər çəkiliş oldu ki... Öz verilişim "Bakı vaxtı ilə"nin bir neçə çəkilişini eyni gündə edirdik. O qədər yükləndim ki, huşumu itirib yıxıldım. Təcili yardım gəlib, məni evə apardı. Uşaqlarım da narahat olmuşdu, Bənövşə dərsdən qaçıb gəlib ki, sənə nə olub?"