Anna Semenoviç klipinə azərbaycanlını çəkdi VİDEO


Şou-biznes 03 Apr 2019 14:34:00 214 0

Anna Semenoviç klipinə azərbaycanlını çəkdi  VİDEO

Rusiyanın məşhur müğənnisi Anna Semenoviç yeni mahnısına klip çəkdirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, klipdə azərbaycanlı Şövqi Əhədov da çəkilib. "Xoçeş" ("İstəyirsən") mahnısına çəkilən Şövqi "RUDN University" Şən və Hazırcavablar klubunun üzvüdür.

Klip qısa müddət ərzində bir milyondan çox insan tərəfindən izlənilib. Klipə Anna Semenoviç, Roza Syabtiova, Stas Cunikov və Şövqi Əhədov çəkiliblər. Şövqi Əhədov Bakıda anadan olub və böyüyüb. Hazırda Moskvada yaşayır və işləyir. Şən və Hazırcavablar Klubunda iştirakdan əlavə bloqçudur.