Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq


Digərləri 03 Apr 2019 14:13:00 212 0

Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq

Aprelin 5-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq.

Bakı. Aprelin 5-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın Mesxeti (Axalçixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir. Tamaşanın səhnəqrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur. Bəstəkar Aleksi Turiaşvili, səhnə hərəkəti üzrə rəssam Cuna Tumanişvilidir.