Çengiz Ünder son sözünü dedi


İdman 03 Apr 2019 13:52:00 290 0

Çengiz Ünder son sözünü dedi

Roma-nın türkiyəli futbolçusu Cengiz Ünder mövsümün sonunda komandasını dəyişə bilər.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, Avropanın bir neçə nəhəng klubu onun xidmətində maraqlıdır.

22 yaşlı yarımmüdafiəçi hazırda konkret olaraq Real, Arsenal, Chelsea, Manchester United və Bayern Munich-in transfer gündəmindədir. Futbolçunun meneceri Fali Ramadani onun gələcəyini müzakirə etmək üçün Roma idman direktoru Massara ilə görüşüb. Menecer Türkiyə millisinin üzvünün illik 800 min avro olan maaşının ikiqat artırılmasını tələb edib. Onu komandada saxlamaq niyyətində olan "canavarlar" bu tələbi müsbət qarşılayıb.

Qeyd edək ki, Cengiz Ünderin Roma ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.