Qadın 11 aylıq körpənin üstünə çıxıb, boğdu VİDEO FOTO


Dünya 03 Apr 2019 13:44:00 212 0

Qadın 11 aylıq körpənin üstünə çıxıb, boğdu  VİDEO  FOTO

Körpələr evində dayəlik edən qadın körpəni boğub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə iki gün əvvəl Tayvanın Taypey şəhərindəki "We Care Baby" adlı körpələr evində baş verib.

Körpələr evinin təhlükəsizlik kamerasına düşən görüntülərdə qadının yuxuya gedərək 11 aylıq körpənin üstünə çıxması əks olunub.

Nəfəssiz qalan körpə təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

40 yaşlı Liao adlı dayə 11 aylıq Lee-nin ölümünə görə saxlanılıb. O, ifadəsində bildirib ki, uşaq yuxudaykən hərəkət edərək onun altına girib.


Xəbərə aid fotolar