Messi Ronaldonu geridə qoydu


İdman 03 Apr 2019 13:15:00 304 0

Messi Ronaldonu geridə qoydu

Barcelona-nın hücumçusu Lionel Messi La Liqanın 30-cu turu çərçivəsində Villarreal-la oynanılan matçda (4:4) rəqib qapısına yol tapıb.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən sonra fərqlənib. Beləliklə, Messi İspaniya çempionatında standart vəziyyətlərdən vurulan qolların sayına görə, Kriştiano Ronaldonu geridə qoyub.

Messi La Liqada 81 dəfə (29 cərimə zərbəsi, 52 penalti) standart vəziyyətlərdən sonra fərqlənib. Ronaldonun aktivində isə 80 belə qol (19 cərimə zərbəsi, 61 penalti) var.