Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatları və spirtli içkilər aşkar edildi


Digərləri 03 Apr 2019 12:31:00 191 0

Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatları və spirtli içkilər aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz C 180" markalı minik avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, baxışdan əvvəl qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilən vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı minik avtomobilinin salonundakı qadın çantaları və pivə qutularının içərisində 8600 ədəd "Marlboro filter plus" markalı siqaretlər və 16 ədəd "Moskovskaya" markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.