Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün təkmil proqnozlaşdırma metodologiyası hazırlanır


Digərləri 03 Apr 2019 09:32:00 180 0

Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün təkmil proqnozlaşdırma metodologiyası hazırlanır

Hazırda Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün mütərəqqi dünya təcrübəsi əsasında təkmil proqnozlaşdırma metodologiyasının hazırlanması işləri aparılır.

Bakı. Hazırda Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün mütərəqqi dünya təcrübəsi əsasında təkmil proqnozlaşdırma metodologiyasının hazırlanması işləri aparılır. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq daha geniş müstəvidə davam etdiriləcək. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, dayanıqlı inkişaf şəraitində ölkəmizdə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində hazırlanmış yeni Dövlət Proqramı layihəsi barədə məlumat verib. Nazir bu layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini qeyd edib. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması, Karlov Universitetinin ekspertləri də cəlb edilməklə ölkəmizdə demoqrafik proqnozlaşdırma metodologiyasının hazırlanması məqsədilə birgə fəaliyyətin əhəmiyyətli olduğunu deyib.