İspaniya digər ölkələrlə müqayisədə Brexitdən daha çox zərər görəcək


Dünya 03 Apr 2019 08:59:00 196 0

İspaniya digər ölkələrlə müqayisədə Brexitdən daha çox zərər görəcək

"Standart & Poor's" ("S&P") reytinq agentliyi xəbərdarlıq edib ki, Birləşmiş Krallıq Avropa İttifaqının tərkibindən çıxacağı təqdirdə bu, İspaniyaya ciddi təsir göstərəcək. Agentlik bir trilyon avrodan çox ÜDM-ə malik olan İspaniyanı Brexit qarşısında ən zəif Avropa ölkələrindən biri adlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "S&P" öz nəticələrini İspaniya üzərində onunla əsaslandırıb ki, Böyük Britaniyada bir neçə ispan bankının filialları fəaliyyət göstərir. Onların sırasında "Banco Santander"yə məxsus "Santander UK", həmçinin "Banco Sabadell"in mülkiyyəti olan "TSB" də vardır. "BBVA" və "CaixaBank" da Birləşmiş Krallıqda təmsil olunurlar, lakin onların fəaliyyəti daha azmiqyaslıdır və korporativ sektorda qərarlaşıb.

Beləliklə, "S&P"nin hesablamalarına görə, İspaniyanın maliyyə riskləri təqribən ÜDM-in 30 faizinə bərabərdir. Ölkə bu göstərici üzrə yalnız Lüksemburqdan geri qalır.