Gəncədə kişi torpaq kütləsi altında qalaraq həlak olub


Digərləri 03 Apr 2019 07:35:00 187 0

Gəncədə kişi torpaq kütləsi altında qalaraq həlak olub

Gəncədə kişi torpaq kütləsi altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsinin baş verməsi, 1 nəfərin torpaq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.