Dubayda müqəddəs Qurana həsr olunan park açılıb


Digərləri 03 Apr 2019 07:07:00 243 0

Dubayda müqəddəs Qurana həsr olunan park açılıb

Dubayın əl-Khavaneej rayonunda müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"ə həsr edilmiş yeni park istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 60 hektar sahədə ziyarətçilər Quranda adı çəkilən 43 bitkini və Peyğəmbərin yeddi möcüzəsini görə biləcəklər. Ziyarətçilər orada möcüzələr mağarası və müqəddəs kitabda adı çəkilən bitkilərin olduğu Şüşə evi gəzə biləcəklər. Parkda banan, zeytun, üzüm, əncir, soğan, mərci, balqabaq və digər bitkilərdən ibarət 12 bağ salınıb. Xüsusi stendlərdə həmin bitkilərin təbabətdə və yeməklərdə istifadə qaydaları barədə məlumat verilir.

Bununla yanaşı, park texniki cəhətdən təchiz olunub - orada günəş paneli, yüksəksürətli internet, üstüörtülü oturacaqlar və mobil telefonların doldurulması üçün stansiyalar quraşdırılıb.