Ramiz Mirişlinin yaradıcılığına həsr olunan konsert keçirilib


Digərləri 03 Apr 2019 04:34:48 204 0

Ramiz Mirişlinin yaradıcılığına həsr olunan konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Konsertdə Xalq artisti Teyyub Aslanov “Ay qəlbi kövrək”, əməkdar artistlər Almaz Orucova “Bir xumar baxışla”, Zakir Əliyev “Süfrə nəğməsi”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Kamilə Nəbiyeva “Həyat söylə sən kiminsən”, Sərxan Bünyadzadə “İlk sevgi”, Zabitə Əliyeva “Bir könül sındırmışam”, Ayşən Mehdiyeva “Nəğməkar qız” və Rövşən Əziz “ Küsüb məndən” mahnılarını ifa ediblər. Konsertin son nömrəsi olan “Sənsən ürəyim” Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səslənib.