Ana ölümündən sonra dünyaya uşaq gətirdi


Digərləri 03 Apr 2019 03:30:00 207 0

Ana ölümündən sonra dünyaya uşaq gətirdi

Portuqaliyalı qayıqçı Katarina Sekeyra ölümündən 56 gün sonra dünyaya uşaq gətirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, "The Sun" nəşriyyatının yaydığı məlumata görə, 26 yaşlı idmançı hamiləliyinin 19-cu həftəsində, astma xəstəliyinin kəskinləşməsi nəticəsində xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti ağırlaşdığından, həkimlər onu süni komaya salıblar. Buna baxmayaraq idmançı bir neçə gündən sonra vəfat edib.

Ailəsinin verdiyi qərara görə, xəstəxanada Katarinanı 56 gün süni nəfəslə, həyatı funksiyalarını qoruya biliblər. Belə vəziyyət idmançının hamiləliyinin normal keçməsinə kömək edib. Lakin 56-cı gündə Katerinanın vəziyyəti pisləşdiyindən, uşaq qeysəriyyə yolu ilə doğulub.