İsveçrəli təbiət mühafizəçiləri yolların altında heyvanlar üçün tunellər tikməyə çağırıblar


Digərləri 03 Apr 2019 02:30:00 185 0

İsveçrəli təbiət mühafizəçiləri yolların altında heyvanlar üçün tunellər tikməyə çağırıblar

İsveçrədə yollar şəbəkəsinin genişlənməsi şəraitində vəhşi heyvanların sərbəst yerdəyişməsini təmin etmək məqsədilə onların yaşadığı yerlərin avtomobil və dəmiryollarla kəsişdiyi yerlərdə xüsusi yeraltı keçidlər və körpülər tikilməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, heyvanları müdafiə təşkilatı (Pro Natura) bu fikirdədir. Pro Natura təşkilatının təşəbbüsü ilə Berndə keçirilmiş, dövlət təbiət mühafizə xidmətlərinin, ictimaiyyətin və biznes nümayəndələrinin iştirak etdiyi konfransda təşkilat hakimiyyət orqanlarını bu problemə diqqət yetirməyə çağırıb.

Forumda elan edilmiş məlumata görə, hazırda İsveçrədə vəhşi heyvanlar üçün 30 yeraltı keçid tikilib. Federal Yollar İdarəsinin nümayəndəsi Marqarita Trokme bildirib ki, hazırda daha iki tunel tikilir, 16 tunel layihələndirilmə mərhələsindədir. Lakin təşkilatda hesab edirlər ki, bu tədbirlər kifayət deyil, çünki "faunanın ehtiyaclarına onilliklər ərzində məhəl qoyulmayıb".