Vaqif Mustafazadənin 79 illiyi qeyd olunub (FOTO)


Digərləri 03 Apr 2019 02:27:01 205 0

Vaqif Mustafazadənin 79 illiyi qeyd olunub (FOTO)

Vaqif Mustafazadənin anadan olmasının 79-cu il dönümünə həsr edilmiş konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasının 79-cu il dönümünə həsr edilmiş konsert keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan gecədə hər il ənənəvi olaraq V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.