Hansı qırmızı məhsullar sayəsində ürək sağlam və güclü olur?


Digərləri 02 Apr 2019 23:40:00 236 0

Hansı qırmızı məhsullar sayəsində ürək sağlam və güclü olur?

Yeni məlumatlara görə, qırmızı meyvə və tərəvəzləri qəbul etmək ürək-damar xəstəlikləri riskini 50%-ə qədər azaldır. Qırmızı məhsulların tərkibində olan karbohidratlar, zülallar, yağlar və vitaminlər ürəyə lazım olan enerji şəklində qana ötürülür və bütün bədənə yayılır. Həmçinin bu məhsullar 60 yaşdan yuxarı olan insanların görmə problemini aradan qaldırır və xərçəng xəstəliyinin inkişafına mane olur. İndi isə, gəlin bu faydalı məhsullarla tanış olaq : ● Pomidor Pomidorun tərkibində olan " lycopene" maddəsi onda qırmızı piqmenti yaradır. Bu piqment sayəsində  ürək sağlam enerjiyə sahib olur. Bundan əlavə, göz ağrılarını aparmaq üçün isti pomidor məhsullarından istifadə etmək məqsədəuyğundur. İsti pomidor məhsulları dedikdə, tomat sousu, ketçup və pomidor konservi nəzərdə tutulur. Bu məhsullarda istilik çox olduğundan lycopene piqmentinin miqdarı olduqca yüksəkdir. ● Albalı Albalının malik olduğu parlaq qırmızı rəng onun güclü antioksidantlarla zəngin olduğundan xəbər verir. Bu isə, iltihabın qarşısını almaq üçün əlverişli üsuldur. ● Qırmızı lobya Paxlalı məhsulların çoxunda olduğu kimi qırmızı lobyada da zülal miqdarı yüksəkdir. Bu isə, ürək problemlərini aradan qaldırmaqda olduqca faydalıdır. Bundan əlavə, bu məhsul kaliumla zəngin olduğundan qan təzyiqini normada saxlayır. Bunun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar.