Orqanizmi zəhərlərdən təmizləyən şok üsul


Digərləri 02 Apr 2019 23:25:00 218 0

Orqanizmi zəhərlərdən təmizləyən şok üsul

Yoqa və sağlamlıq ayrılmaz anlayışdır. Yoqlar mütəmadi olaraq orqanzimlərini təmizləyirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, şank prakşlana -  duzlu su ilə orqanizmin təmizlənməsi prinsipinə əsaslanır. Həzm sistemini bu cür dərindən, hətta heç bir bağırsaq boşaldıcı da təmizləyə bilməz.   Ev şəraitində duzlu su ilə bağırsaqların təmizlənməsi möcüzəvi metoddur. Yoqların istifadə etdiyi bu üsuldan hamı yararlana bilər. Amma bu zaman bütün qaydalara riayət etmək lazımdır.

ORQANİZM ÜÇÜN FAYDASI

1. Bu üsulla orqanizmi bütün toksinlərdən, zəhərlərdən, şlaklardan təmizləyərək həzm sisteminin işini normaya salır.

2. 2-3 prosedurdan sonra orqanizm allergik xəstəliklərdən tamam təmizlənir.

3. Həzm, buna bağlı olaraq da ifrazat normallaşır. Həmçinin, öd kisəsi və qaraciyərin işi normaya düşür.  

4. Orqanizmin immuniteti artır.

5. Səpgi, akne, furunkulyoz kimi dəri xəstəlikləri aradan qalxır.

PROSEDURA HAZIRLIQ

1. Prosedurdan əvvəl, yəni axşam yüngül, yağsız qida qəbul etmək lazımdır. Səhəri gün isə ümumiyyətlə bütün quru və maye qidaların qəbulundan imtina edin.

2. Prosedurun həyata keçirilməsi üçün hava şəraiti ideal olmalıdır. Əgər hava çox soyuq və ya rütubətlidirsə, o zaman yaxşısı budur ki, proseduru təxirə salasınız.

3. Bütün prosedur bütövlükdə 2 gün vaxt aparır. Buna görə də yaxşı olardı ki, bunu istirahət və ya məzuniyyət günlərində həyata keçirəsiniz.

4. Əvvəlcədən 4-5 litr isti su hazırlayın. Hər 1 litr suya 2 ç/q dəniz duzu olmaqla duzlu məhlul hazırlayın.

HƏYATA KEÇİRİLMƏ TEXNİKASI