Bəzi insanlar niyə Qiyaməti inkar edirlər?


Digərləri 02 Apr 2019 23:15:00 214 0

Bəzi insanlar niyə Qiyaməti inkar edirlər?

İnsanların məadı inkar etməklərinə nə səbəb olur?

Son.az deyerler.org-a istinadən bildirir ki, insan fitri olaraq yaxşı bilir ki, Onu yaradan vardır və Ona daima nəzarət edir. Bu dünya onun fitri meyil və istəklərini kamil şəkildə təmin edə bilmir. Ona görə də onu başqa bir aləm gözləyir ki, orada əbədi rahatlıq və hüzur tapacaqdır. Ancaq insanların bəzisi bu həqiqəti qəbul etmək istəmirlər. Niyə?

1. Məsuliyyətdən qaçmaq üçün. Bəzən insan qonşusunun həyətində olan ağacdan istifadə etmək istəyir. Ancaq vicdanı ona deyir ki, bu işi görmə. Çünki onun sahibi vardır və sənin bu işinə razı olmaz. O da vicdanını aldatmaq üçün deyər: "Bu Yer kürəsinin maliki yoxdur. Deməli, bu ağacın da maliki yoxdur". Bu yolla bağlı yolu özü üçün açmaq istəyər.

"(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin". ("Qiyamət" 5).