Eyni yağda ikinci dəfə qızartmayın!


Digərləri 02 Apr 2019 22:05:00 195 0

Eyni yağda ikinci dəfə qızartmayın!

Təkrar qızdırılmış yağ hüceyrə səviyyəsində patoloji dəyişikliklərə səbəb olur ki, bu dəyişikliklər öz növbəsində ağır süd vəzi xərçənginin inkişafına səbəb olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu məlumatı Medical News Today yayıb.

İllinoys Universiteti (ABŞ) alimləri təkrar qızdırılmış yağla eksperiment aparıblar. 16 həftə ərzində alimlər bir qrup siçanlara təzə soya yağını, digər qrup siçanlara isə bir neçə dəfə qızdırılmış yağı verirdilər.  

İnsan xərçənginin modelini almaq üçün siçanlara süd vəzi xərçənginin hüceyrələri yeridilib. 20 gündən sonra məlum olub ki, hər 2 qrupda xərçəngin inkişafı fərqlidir. Belə ki, bir neçə dəfə qızdırılmış yağla qidalanan  siçanlarda metastazların yayılması daha aktiv gedirdi, ağ ciyərdə metastazların sayı 2 dəfə çox idi.