Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb


Digərləri 02 Apr 2019 21:43:00 209 0

Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb

Külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nədə ki, pullarını geri ala bilirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda daha bir tikinti şirkəti bir mənzili 2-3 nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurub. Söhbət Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxbərtəbəli binanı inşa edən ''Bulaq-2'' Mənzil Tikinti Koperativindən gedir. Zərərçəkmişlər iddia edir ki, müqavilə görə, 2015-ci ildə təhvil verilməli olan binada iş hələ davam edir. Bir neçə gün əvvəl isə onlardan bir neçəsi müəyyən ediblər ki, MTK-nın sahibi bir evi bir neçə nəfərə satıb.

Zərərçəkmişlərin bəziləri isə aldıqları evi təmirə başlayarkən evin başqa sahibi ilə üzləşdiklərini deyirlər. Zərərçəkmiş Fuad Əhmədovun sözlərinə görə, 2014-cü ildə həmin şirkətə 95 min manat pul ödəyərək ev alıb, amma sonradan məlum olub ki, mənzil üç nəfərə satılıb.