Bakıya yüksək gərginlikli elektrik xətti çəkilir


Digərləri 02 Apr 2019 21:39:00 189 0

Bakıya yüksək gərginlikli elektrik xətti çəkilir

Bakıya ümumi uzunluğu 108 km. olan yeni yüksək gərginlikli elektrik xətti çəkilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şirvan şəhəri ərazisindəki ''Cənub" Elektrik Stansiyasından "Xırdalan" yarımstansiyasına çəkilən xətt 220 kv-luqdur. Məqsəd enerji sisteminin etibarlılığını gücləndirməkdir. Bu xətt üçün lazım olan 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km. istisna olmaqla naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək. Eyni zamanda paytaxtdaxili elektrik xətləri də yenidən qurulur.