Ədəbin ədalət və ehsan qaydası


Digərləri 02 Apr 2019 21:10:00 212 0

Ədəbin ədalət və ehsan qaydası

Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində buyurmuşdur: "İmam Əli (ə) "Nəhcul-bəlağə"də buyurur: "Nə zaman sənə salam versələr, ondan daha yaxşısı ilə cavabını ver. Nə zaman əlləri ilə sənə ehsan etsələr, ondan daha yaxşı ehsanla əvəzini ver".

Son.az deyerler.org-a istinadən bildirir ki, cəmiyyəti ədəb idarə edər. Bizə deyilir ki, salamın cavabını gözəl şəkildə ver, ona görədir ki, qarşı tərəfə nisbətdə ədəbə riayət edəsən. O şey ki, cəmiyyəti qoruyur - həmin qarşılıqlı ədəbdir. Əgər kimsə sizə salam versə, onun cavabını vermək vacibdir.

Əgər kimsə bizə ədəb göstərsə - istər dil ədəbi olsun, istərsə də yazılı ədəb və ya mali ədəb - biz gərək cavabını gözəl şəkildə verək. Yəni, bu ədəb kasasını boş buraxmayaq. Bu, ədalətdir, ehsan deyildir.

Əgər bizim çətinliyimiz olsa və kimsə bizim çətinliyimizi həll edərsə və sonra onun çətinliyi yaranan zaman biz ona yardım edəriksə - bu, olar ədalət. Çünki biz borclu idik və bu əməl ilə borcumuzu qaytarmış olarıq. Əgər ikinci dəfə ona yardım etsək - bu, olar ehsan.

İmam Əli (ə) buyurur ki, əgər kimsə sizə ədəbli məktub yazsa və siz də onun cavabını versəniz - bu, olar ədalət. Ancaq əgər siz ona ikinci dəfə ədəbli məktub yazsanız - bu, olar ehsan. Bu səbəbdən deyə bilərik ki, cəmiyyəti ədəb qoruyar və idarə edər.