Dəniz suyu haqqında bunları bilirdiniz?


Digərləri 02 Apr 2019 21:20:00 322 0

Dəniz suyu haqqında bunları bilirdiniz?

Dəniz suyunun tərkibində olan insan bədəni üçün xeyirli maddələrin həcmi adi sularda olan miqdarından 40 dəfə çoxdur. Buna görə də dəniz suyu insan vücudu üçün çox xeyirlidir. Yay aylarında insanların tez-tez dənizə girmələri tövsiyə olunur. Hətta dəniz suyu, həmçinin yosunlar vasitəsilə müalicə edən "Thalassotheraphia" adlı müalicə növü də mövcuddur.

Dəniz suyunun insan vücuduna faydaları: - Saçın kəpəklənməsinin qarşısını alır - Qan dövranını yaxşılaşdırır. - Bədəndəki infeksiyaları azaldır.

Dənizdə olan yosunun faydaları: - dərini nəmləndirir, - dəriyə parlaqlıq verir, - dərini daha yumşaq və elastik edir.

Qulağa və ya buruna su girməsi xeyirlidir Dənizdə üzərkən bəzən su qulağımıza və burnumuza dolaraq, bizi narahat edir. Ekspertlər isə qeyd edirlər ki, belə narahatlığa baxmayaraq, dəniz suyunun buruna və qulağa dolması xeyirlidir.