Seçkidən sonra Türkiyəyə bəd xəbər:


Dünya 02 Apr 2019 20:37:00 219 0

Seçkidən sonra Türkiyəyə bəd xəbər:

Birləşmiş Ştatların Müdafiə Nazirliyi noyabr ayında Türkiyəyə göndərilməsi planlaşdırılan "F-35" tipli qırıcılar üçün hazırlıq tədbirlərini, həmçinin təyyarələrlə bağlı materialların tədarükünün dayandırılması ilə bağlı qərar qəbul edib.

Son.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Pentaqonun rəsmi sözçüsü Çarls E.Sammers (Charles E. Summers) məlumatı təsdiqləyərək, Türkiyənin də ortağı olduğu "F-35" proqramı ilə bağlı yeni bir addım atdıqlarını vurğulayıb: "Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasının qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Buna görə də Müdafiə Nazirliyi proqramın planlanması ilə bağlı tədbir məqsədilə və "F-35"-lərin tədarükü ilə bağlı lazımı addımları atdı. Türkiyədə istehsal olan hissələrin ikinci bir mənbədən alınması istiqamətində iş aparılır".

Türkiyə ilə "F-35" proqramının bu vəziyyətə düşməsinin təəssüf doğurduğunu bildirən Sammers "kritik texnologiyamızın istehsalında həyata keçirilən ortaq investisiyaları qorumaq üçün bu addımı atırıq" deyib.

"Türkiyə ilə bununla bağlı dialoqumuz davam edir. Lakin Türkiyə "S-400" zenit raket komplekslərinin tədarükündən imtina edənə qədər Birləşmiş Ştatlar "F-35"-lərin əməliyyat qabiliyyətinə dair tədarük fəaliyyətlərini dayandırıb. Türkiyə "S-400"ləri alarsa, "F-35" proqramına daxil olması riskə girəcək" - deyə Sammers qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.