Aprel döyüşlərinin şahidi: "Bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdik"


Digərləri 02 Apr 2019 20:07:00 227 0

Aprel döyüşlərinin şahidi: "Bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdik"

2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqında ruh yüksəkliyini daha da artırdı.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev deyib.

Aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin alınmasında birbaşa iştirak edən polkovnik-leytenant döyüşün iştirakçısı kimi fəxr edir:

"O anları yaşamaq, o döyüşün iştirakçısı olmaq böyük fəxrdir. Biz apreldə ermənilərin keçilməz olması barədə yayılan mifi darmadağın etdik. Bir daha sübut etdik ki, ermənilər azərbaycanlılar qarşısında tap gətirə bilməz. Bunu sübuta yetirdik və bütün dünyaya nümayiş etdik. Azərbaycan əsgəri hücuma keçəndə oxuyub-oynayırdı. Bax bu mənzərə qürurverici idi. Hamı bilirdi ki, döyüşə gedir və ölümün üzərinə yeriyir".