Dinozavrları məhv edən səma cismi


Digərləri 02 Apr 2019 19:59:00 219 0

Dinozavrları məhv edən səma cismi

Alimlər ABŞ-da aparılan arxeoloji qazıntılarda 66 milyon il əvvəl dinozavrları çürüdən asteroid düşməsnin təsirinin fotosunu əldə ediblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-ın Şimali Dakota ştatında aparılan qazıntılarda balıq və ağac qalıntılarında səmadan düşən qaya və şüşə parçaları tapılıb. Məlumata əsasən, asteroidin toqquşması nəticəsində dəniz səviyyəsi çox yüksəlib. Elmi məqalə "PNAS" jurnalında yayımlanıb.

Kanzas universitetinin alimi Robert De Palma Tanis bölgəsindəki qazıntı sahəsində nəhəng asteroidin yerlə toqquşması nəticəsində 10 dəqiqə ilə 2 saat ərzində baş verən hadisələrin izinə rast gəlib. Bu gün Meksika körfəzi kimi tanınan bölgə ilə toqquşan 12 km sahəsi olan səma cismi milyardlarla ton ərimiş metal və qayanı minlərlə kilometr ətrafa fırladıb. Qazıntılardan məlum olub ki, 12 km sahəsi olan səma cismi yer qabığında 100 km eni, 30 km dərinliyi olan bir çuxur açıb. Çuxur sonradan çökərək 200 km eni və bir neçə kilometr dərinliyi olan bir kraterə çevrilib. Alimlər kraterin içində qazıntılara başlayıblar. Geo kimyaçılar isə tapılan maddələrin Meksika körfəzində tapılan Çiksulub asteroidi ilə əlaqəli olduğunu üzə çıxarıblar. Məlum olub ki, hadisə 65.76 milyon il əvvəl baş verib. Toqquşma nəticəsində dəhşətli sunami baş verib və nəhəng dalğalar körfəzdən 3 min kilometr aralı olan Şimali Dakotaya bir neçə saata çatıb.

Amma araşdırmalar zamanı məlum olub ki, bölgədəki su 11 bal gücündəki zəlzələyə bərabər olan seysmik şok dalğası ilə töküntüləri daşıyıb. Seyçe adlandırılan bu dəniz qabarması qarşısına çıxan hər şeyi silib-süpürürərək bu gün qazıntılar aparan regiona aparıb.


Xəbərə aid fotolar