Dünyanın ən gəlirli məşqçiləri açıqlandı


İdman 02 Apr 2019 19:20:00 252 0

Dünyanın ən gəlirli məşqçiləri açıqlandı

"France Football" futbolçulardan sonra ən yüksək ödənişli baş məşqçilərin adlarını açıqlayıb.

Goal.az-ın nəşrin rəsmi saytına istinadən məlumatına görə, 2018-19 mövsümündə ən çox pul qazanan mütəxəssis "Atletiko"nun baş məşqçisi Dieqo Simeonedi.

Argentinalı mütəxəssisin cari mövsümdə maaş, reklam və mükafat - hamısı birlikdə gəliri 41 milyon avro təşkil edir. İkinci sırada Manchester United-in istefaya göndərdiyi Joze Mourinyo qərarlaşır. Maraqlıdır ki, 3-cü yerin sahibi də artıq çalışmır. Bu, qısa müddət Monaco-ya rəhbərlik edən Tyerri Anridir.

Həmçinin Arsenal-ın əfsanəvi çalışdırıcısı Arsen Venger də siyahıya düşə bilib.

Ən gəlirli 20 məşqçi:

1. Dieqo Simeone (Atletiko) - 41 milyon avro

2. Joze Mourinyo (Manchester United): sabiq baş məşqçi) - 31 milyon

3. Tyerri Anri (Monaco: sabiq baş məşqçi) - 25,5 milyon

4. Pep Qvardiola (Manchester City) - 24 milyon

5. Ernesto Valverde (Barcelona) - 23 milyon

6. Arsen Venger (Arsenal: sabiq baş məşqçi) - 20,5 milyon

7. Fabio Kannavaro (Guanchjou Everqrande, Çin yığması) - 15 milyon

8. Massimiliano Alleqri (Juventus) - 13,5 milyon

9-11. Marçello Lippi (Çin yığması) - 13 milyon

9-11. Yurgen Klopp (Liverpool) - 13 milyon

9-11. Leonardo Yardim (Monaco) - 13 milyon