"Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək (FOTO)


Digərləri 02 Apr 2019 19:09:00 251 0

"Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək (FOTO)

"Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində olublar.

Bakı. "Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində (BDU) olublar. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb. V.Boqorov elmi jurnalların ixtisaslaşması və təyinatı üzrə kateqoriyalara bölünməsini təklif edib.