Ünvanlı sosial yardıma görə "cəza" müddətinin artırılması təklif edilir


Digərləri 02 Apr 2019 18:29:00 271 0

Ünvanlı sosial yardıma görə "cəza" müddətinin artırılması təklif edilir

Hesablama Palatası ünvanlı sosial yardım almaq hüququnun itirilməsi müddətinin artırılmasını təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Təkliflərdə qeyd edilir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən, sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Qanuna 2008-ci ildə edilmiş dəyişiklikliyə qədər isə həmin müddət 2 il olub.