Neftçi-nin istədiyi futbolçu Qazaxıstan klubuna keçdi


İdman 02 Apr 2019 18:00:00 253 0

Neftçi-nin istədiyi futbolçu Qazaxıstan klubuna keçdi

Sherif-in hücumçusu Ziqi Badibanqa komandasını dəyişib.

Goal.az-ın məlumatına görə, bir ilə yaxındır Neftçi-nin maraq dairəsində olan belçikalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.

26 yaşlı oyunçu Ordabası klubu ilə anlaşıb. Anderlecht-in yetirməsi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. O, bundan sonra İnter-in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən Sherif-də çıxış edən Badibanqa iki dəfə Moldova çempionu olub, Çempionlar Liqası və Avropa Liqasında oynayıb. Neftçi-nin baş məşqçisi Roberto Bordin Neftçi-yə gəldiyi gündən forvardın xidmətində maraqlı olsa da, maliyyə məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyib.