“Heyfimi qohumlarından çıxdım” Yasda yemək yeyə bilmədiyi üçün


Digərləri 02 Apr 2019 17:24:00 288 0

“Heyfimi qohumlarından çıxdım”  Yasda yemək yeyə bilmədiyi üçün

Yas mərasimində normal yemək yeyə bilməyən şəxs heyfini çıxmaq üçün kənd qəbiristanlığına gedərək yas sahiblərinin qohumlarının məzarlarını dağıdıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəmkirin Keçili kəndində baş verib.

Səhər saatlarında kəndə səs salan olay hamını şoka salıb. Qəbiristanlığa üz tutan sakinlər yaxınlarının qəbirlərinin dağıldığını görüblər. Keçili kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən şəxs saxlanılıb.

Coşqun Nəcəfli - Saxlanılan şəxs: "Yas yerinə gec çatdım. Yemək dedim, gətirmədilər. Mənə də pis təsir etdi. Hamıya verdilər, mənə yox. Mən də qəbiristanlığa gedib heyfimi daşlardan çıxdım. Onların qohumlarından çıxdım. Başqa heçnə etmədim. Bircə güldanları qırdım, bir də gülləri dağıtdım. Tək səhvim o olub. Səhvimə görə də çox peşmanam, gərək etməzdim. Onların pisliyi özünə qalardı".


Xəbərə aid fotolar