Vyana görüşü Azərbaycanla Ermənistan arasında...


Siyasət 02 Apr 2019 17:19:00 243 0

Vyana görüşü Azərbaycanla Ermənistan arasında...

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü iki ölkə arasında danışıqların yeni başlanğıcını ifadə edir".

Son.az xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

P.Teysin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Ermənistanın baş naziri ilə görüşü zamanı dövlət idarəçiliyinin və ikitərəfli müzakirələrdə praqmatizmin yüksək səviyyəsini nümayiş etdirib:

"Onu qeyd etmək lazımdır ki, Azərbaycan həlli uzanmış Dağlıq Qarabağ münaqişəsinin daim dinc vasitələrlə həllinə ciddi marağını vurğulayır. Vyana görüşü Azərbaycanla Ermənistan arasında danışıqlarda yeni başlanğıcı ifadə edir. Bu, hər iki ölkəyə aid olan həll olunmamış məsələlərlə məşğul olmağı davam etdirən səmərəli platformadır".

Ekspert bildirib ki, həqiqətən də Ermənistan və onun rəhbərliyi yalnız əlavə vaxt qazanmaq və indiki status-kvonu qorumaq üçün danışıqlar aparıb, bu isə Azərbaycan üçün qəbuledilməzdir:

"ATƏT Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət sayıqlığı itirməməli, Yerevana təzyiqi davam etdirməlidir ki, Ermənistanı öz qoşunlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində insan haqlarının pozulmasını dayandırmağa məcbur etsinlər".