XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir


Digərləri 02 Apr 2019 17:14:00 183 0

XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

Bakı. Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində deyilir. Azərbaycan XİN hesab edir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir.