“CinemaPlus”da Azərbaycan dilində “Kefli valideynlər”


Digərləri 02 Apr 2019 17:04:00 225 0

“CinemaPlus”da Azərbaycan dilində “Kefli valideynlər”

"CinemaPlus" kinoteatrlar şəbəkəsi 2019-ci ildə "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş "Kefli valideynlər" komediyasının nümayişinə başlayıb.

Son.az xəbər verir ki, dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadədir.  

Filmi Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirib.

Filmin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur hollivud aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.