Aprel şəhidinin həyat yoldaşı: "Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi..."


Digərləri 02 Apr 2019 17:07:00 226 0

Aprel şəhidinin həyat yoldaşı: "Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi..."

"Ölümündən 3 gün əvvəl Azərbaycan bayrağı ilə çəkdirdiyi şəklini bizə göstərib Vətən uğrunda şəhid olmaq istədiyini dedi".

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında 2016-cı ilin aprel döyüşlərində şəhid olan Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidova şəhid hərbçimiz haqqında xatirələrini bölüşərkən deyib.

Şəhid ailəsinin üzvü bildirib ki, O.Həmidov hərbi xidmətini başa vurandan sonra 7 il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) çalışıb. Amma 2013-cü ildə yenidən könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb:

"Məqsədi yalnız Vətən, torpaq uğrunda mübarizə aparmaq idi. 2016-cı il martın 29-da evə gəlmişdi. İş yerinə görə Azərbaycan bayrağı ilə şəkil çəkdirmişdi. Axşam cibindən həmin şəkli çıxarıb göstərdi və şəhid olmaq istədiyini dedi".