Pambıq, tütün, çay sahələrinin məhsullarının sığortalanmasına maliyyə yardımı ayrılsın


Digərləri 02 Apr 2019 17:09:00 197 0

Pambıq, tütün, çay sahələrinin məhsullarının sığortalanmasına maliyyə yardımı ayrılsın

Hesablama Palatası dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı göstərilən sahələrə müvafiq əlavələrin edilməsini təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Təkliflərdə qeyd edilir ki, dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı edilən kənd təsərrüfatı bitkilərinə pambıq, tütün, çay, çəltik və tut (çəkil) sahələrinin məhsullarının əlavə edilməsi məqsəduyğun olardı.

Palata hesab edir ki, büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması məqsədilə kənd təsərrüfatında sığorta mexanizminə yenidən baxılmalı, işlək və çevik mexanizm yaradılmalıdır.

Palata təklif edir ki, aqrar sahədə sığortanın inkişaf etdirilməsi üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif növ subsidiyaların verilməsinin sığorta mexanizmi ilə əlaqələndirilməsi faydalı olardı.