AzMİU-nun əlaçı və zərbəçi tələbələri mükafatlandırılıb (FOTO)
Digərləri 02 Apr 2019 16:54:43 250 0
AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələrə pul mükafatı verib, ailələrinə isə təşəkkür məktubu göndərib
Bakı.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova həm bakalavr, həm magistr səviyyəsində 2018-2019-cu tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb.
Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb.
Mənbə: az.trend.az