Rusiyalı yarım milyonluq borca görə


Digərləri 02 Apr 2019 15:40:00 203 0

Rusiyalı yarım milyonluq borca görə

Rusiyanın Perm vilayətinin Krasnokamsk şəhər sakininə  Azərbaycanda yaşayan qohumlarına baş çəkmək üçün Bakıya uçmasına icazə verməyiblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onun ölkə hüdudlarından kənara çıxmasına əngəl borcları olub.

Bildirilir ki, Rusiya vətəndaşı kommunal ödənişlərini uzun müddət ödəməyib və nəticədə 500 min rubla yaxın (təx.13 min manat -red) borc yığılıb.

Vətəndaş borc məbləği və onu gözləyən sanksiyalar haqda xəbərdar edilib. Bununla belə, o buna məhəl qoymayaraq, Bakıya aviabilet alıb və aeroporta yollanıb.

Ancaq gömrük nəzarəti zamanı saxlanılıb və ölkədən çıxışına məhdudiyyətin qoyulması ilə bağlı məlumat verilib.

Həmin şəxsin artıq borcunu bağladığı və onun Rusiya hüdudlarını tərk etməsinə heç bir əngəlin qalmadığı bildirilir.