Muğam Mərkəzində Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuş konsert keçirilib


Kriminal 02 Apr 2019 15:45:00 232 0

Muğam Mərkəzində Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar"  layihəsi  uğurla davam edir.

Son.az xəbər verir ki, aprelin 1-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert  bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artisti  Teyyub Aslanov "Ay qəlbi kövrək", Əməkdar artistlər Almaz Orucova "Bir xumar baxışla", Zakir Əliyev "Süfrə nəğməsi", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Kamilə Nəbiyeva "Həyat söylə sən kiminsən", Sərxan Bünyadzadə "İlk sevgi", Zabitə Əliyeva  "Bir könül sındırmışam", Ayşən Mehdiyeva "Nəğməkar qız" və Rövşən Əziz " Küsüb məndən" mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan "Sənsən ürəyim  " Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səslənib.