Satıcı qıza sataşıb bıçaqlanan “OBA” market administratorunun


Digərləri 02 Apr 2019 15:17:00 195 0

Satıcı qıza sataşıb bıçaqlanan “OBA” market administratorunun

Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirli bilinən Həsənov Ülfət Rafiq oğlunun məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 8-nə təyin olunub. Qeyd edək ki, Bərdə rayonunda Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən M. Y. Ş qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.