Şəhid pilotun bacısı: "Urfan torpaqlarımızın işğal altında olmasından çox narahat idi" FOTO
Digərləri 02 Apr 2019 14:50:00 244 0
Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə şəhid pilotlar mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılovun xatirəsinə həsr olunmuş tədbir keçirilib, məzarları ziyarət olunub.
Son.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları iştirak ediblər.
Mayor Urfan Vəlizadənin bacısı Xuraman Vəlizadə Trend-ə bildirib ki, Urfan həmişə Vətənə bağlı insan olub: "O torpaqlarımızın işğal altında olmasından çox narahat idi. Həmişə deyirdi ki, torpaqlarımızı erməni işğalından azad etmək üçün döyüşməliyik, bu problemi biz həll etməliyik ki, uşaqlarımız böyüyənə qədər Qarabağ bizim olsun, onlar müharibəsiz şəraitdə yaşasınlar. Urfansız keçən hər bir gün bizim üçün çox ağırdır, hələ də onun ölümü ilə barışa bilmirik".
Mənbə: milli.az