"Şəxsi məşqçim Modriç və Salahla da işləyir" - Marko Deviç (VİDEO)


İdman 02 Apr 2019 14:50:00 231 0

"Şəxsi məşqçim Modriç və Salahla da işləyir" - Marko Deviç (VİDEO)

“Mənim şəxsi məşqçim var - Andrea Milutinoviç. Onunla 10 ildir çalışıram. O, Luka Modriç, Məhəmməd Salah, Dario Srna kim top-futbolçularla da işləyir”.

Goal.az xəbər verir ki, bunu Sabah-ın futbolçusu Marko Deviç Ukraynanın tanınmış futbol şərhçisi Viktor Vatskonun "Youtube"dakı "Вацко Live" kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu mütəxəssis karyerası ərzində həm fiziki, həm də psixoloji baxımdan özünü yaxşı hiss etməsini üçün çox kömək olub.

Azərbaycanda futbol matçlarına az sayda azarkeşin gəldiyini vurğulayan 36 yaşlı forvard Bakıdakı yaşayış şəraitindən razılıq edib: “Deyirlər əvvəllər səviyyə yüksək olub, çox adam gəlib. Burada dil baxımından problem yoxdur. Rus və ingilis dilində təmas qururam. Həmçinin serb dilini bilirəm. Ukrayna və alman dilində də başa düşürəm. Buradakı insanlar Lixtenşeyndəkilərdən çox yaxşıdır. Avropada bir çox yerlərdə oynamışam. Rusiya, Serbiya, Ukrayna... Hər şey gözəldir, amma insanlar soyuqdurlar. Burada isə hər şey əksinədir. İnsanlar daha istiqanlıdır, ab-hava real həyata çox yaxındır. Burada hər şey gözəldir”.

Deviç Sabah-ın prezidenti Maqsud Adıgözəlovun ona və ailəsinə böyük diqqət ayırdığını bildirib: “Klub prezidenti övladıma uşaq bağçası seçərkən də köməklik etdi. O, bağça xərclərini üzərilərinə götürmək istəyirdi. Dedim ki, çox sağ olun, lazım deyil. Bəli, pul önəmlidir. Ancaq bu cür insani məqamlar... Məni burada saxlayan, motivasiya verən odur. Biri sənə insan kimi yanaşırsa, ona geri qaytarmaq istəyirsən. Yoldaşım üçün 2 uşaq var. Mən də uşağam (gülür). Sara ilə hər şey daha asandır, nəinki mənimlə”.