Bakıda ağacəkmə aksiyaları geniş vüsət alıb


Digərləri 02 Apr 2019 14:52:00 173 0

Bakıda ağacəkmə aksiyaları geniş vüsət alıb

Bu gün paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə ümumilikdə 10 mindən çox ağac tingi paylanılıb.

Bakı. İlhamə İsabalayeva - Bu gün paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə ümumilikdə 10 mindən çox ağac tingi paylanılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır: "İlk dəfə ağac paylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olunub və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq".