Culfaya yeni icra başçısı təyin olunub


Siyasət 02 Apr 2019 14:32:00 178 0

Culfaya yeni icra başçısı təyin olunub

Prezident İlham Əliyev S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.