Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl


Digərləri 02 Apr 2019 14:36:00 165 0

Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl

Bakıda bacısını öldürməyə cəhddə günahlandırılan Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Samir Bağırovun (ad və soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Samir Bağırov 26 iyul 2017-ci il tarixdə, saat 13 radələrində qohumu Günel Bağırovaya məxsus Bakı şəhəri, Nizami rayonunda olan mənzilin yataq otağında çarpayıda uzanmış bacısı Vəfanın mobil telefonuna baxıb.

Samir Bağırov bacısının cəlbedici geyim tərzində şəkillərini görüb və bunu rüsvayçılıq kimi qəbul edib. O, bacısına əxlaqsız həyat tərzi keçirdiyini bildirib.

Vəfa onun sözlərinə əhəmiyyət verməyib, şəxsi işinə qarışmamasını istəyib. Bu sözlərdən hiddətlənən Samir onunla mübahisə edib.

Mübahisə zamanı o, Vəfanın saçından tutub, mətbəxdən götürdüyü bıçaqla onun baş və boyun nahiyələrinə zərbələr endirib. Həmin vaxt ardıcıl zərbələr vurması nəticəsində bıçaq qırılıb. Bıçağın qırıldığını görən Samir hamamdan döşəmə silmək üçün istifadə edilən taxtanı götürərək bacısını yenə vurmağa başlayıb.

Samir gözünə düşmüş qan damcısını yumaq məqsədilə hamama girib. Bundan istifadə edən Vəfa ondan yaxa qurtarmaq üçün mənzildən qaçıb.

Mənzildən küçəyə qaçandan sonra Günel təcili yardıma zəng vurub. Təcili yardım onu çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün Vəfanın həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Samir polis əməkdaşları tərəfindən yaxalanıb.

Samir Bağırov barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hökmə əsasən, Samir Bağırovun bacısını xüsusi amanszılıqla öldürməyə cəhd etməsi sübuta yetirilməyib.