Balakəndə dirəyə dəyən “Priora”nın sürücüsü öldü


Digərləri 02 Apr 2019 14:35:00 202 0

Balakəndə dirəyə dəyən “Priora”nın sürücüsü öldü

Balakən rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Balakən rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-də saat 4 radələrində Balakən rayonunun H.Əliyev prospektində Katex kənd sakini Rəvan Mikanayev idarə etdiyi “Priora” markalı avtomobili dirəyə vurub və nəticədə hadisə yerində ölüb.