Xalq seçimini etdi: Bakıda ən çox üstünlük verilən internet provayderi bəlli oldu
Digərləri 02 Apr 2019 14:20:00 251 0
Day.Az media şirkəti hər il müxtəlif kateqoriyalar üzrə keçirdiyi "Xalq seçimi" sorğusunun 2018-ci il qaliblərini mükafatlandırıb.
Sözügedən layihənin 18 brendi əhatə edən "Ən yaxşı internet provayder" mərhələsinin builki qalibi "Citynet" internet provayderi olub. "Hansı internet provayderə üstünlük verirsiniz?" sualını cavablandıran respondentlərin əksəriyyəti - 25.2 %-i "Citynet" provayderini seçdiyini açıqlayıb. Bu götərici ilə də "Citynet" brendi digər provayderləri böyük fərqlə geridə qoyub.
Qeyd edək ki, "Xalq seçimi" layihəsinə 2012-ci ildə start verilib. Xəbər portalı 6 il ərzində hər ay oxucular arasında fəqrli kateqoriyalar üzrə sorğu apararaq Azərbaycanın ən yaxşı bankı, qida məhsulu, taksi xidməti, oteli və s. müəyyənləşdirir. Səsvermədə 10 minə yaxın respondent iştirak edir. Böyük maraqla izlənən "Xalq seçimi"nin istehsalçılar üçün əla stimul olduğu bildirilir.