Azərbaycanda Sahibkarlara Xidmət və Biznes İnkubasiya Mərkəzi açılıb (FOTO)


Digərləri 02 Apr 2019 14:23:00 184 0

Azərbaycanda Sahibkarlara Xidmət və Biznes İnkubasiya Mərkəzi açılıb (FOTO)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb.

Bakı. Mətanət Nəsibova - İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, açılışda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu mərkəzin özəl sektorun inkişafına dəstək olacağını deyib. O qeyd edib ki, dövlət iqtisadiyyatda özəl sektorun rolunun artırılması üçün əlindən gələni edir, eləcə də ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş kompleks tədbirlər reallaşdırır. Nazir müavini əlavə edib ki, yeni açılan mərkəz vasitəsilə sahibkarlara, eləcə də innovativ ideyalara malik gənclərə dəstək göstəriləcək. Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş startapların reallaşdırılması üçün şərait yaradılacaq.