DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılacaq


Digərləri 02 Apr 2019 14:19:00 207 0

DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılacaq

İşlər 5 aprel tarixinə qədər davam edəcək.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-32 km-lik hissəsində, həmçinin sözügedən yolun 81-ci km-dən ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun 89-116 km hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat veirlib.