Bugünkü hərracda 8 dövlət əmlakı üzrə 12 sifariş verilib (FOTO)


Digərləri 02 Apr 2019 14:03:00 251 0

Bugünkü hərracda 8 dövlət əmlakı üzrə 12 sifariş verilib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda vətəndaşlar təklif olunan bu imkanlardan istifadə edib. Budəfəki hərracda 8 dövlət əmlakı üzrə 12 sifariş verilib. Hərracda öz sahibini tapan dövlət əmlaklarından biri Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsidir. Obyektin ümumi faydalı sahəsi 323.2 kv.m-dir. Müxtəlif xidmət növləri üzrə istifadəyə uyğun olan əmlak iştirakçı tərəfindən 40 min manata özəlləşdirilib.